Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Keyndən “Qızıl top”la bağlı qərar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizədə özünü ön plana çıxarmaq fikrində deyil.
QOL.az xəbər verir ki, “The Touchline”ın məlumatına görə, “Bavariya”nın hücumçusu ötən mövsümü namizədlər arasında ən çox qol və məhsuldar ötürmə ilə başa vursa da, mükafat üçün kampaniya aparmayacaq.
İngiltərə millisinin üzvü şəxsi uğurdan çox komandanın nəticələrinə fokuslanır və əsas məqsədinin “Bavariya” ilə yeni titullar qazanmaq olduğu bildirilir.
Qeyd edək ki, Keyn 2025/26 mövsümündə bütün turnirlərdə 65 oyunda 73 qol vurub. “Qızıl top”un təqdimetmə mərasimi isə oktyabrın 26-da Londonda keçiriləcək.