Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
İngiltərəli hücumçu Harri Keyn “Bavariya” ilə müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında deyib. O, yaxın günlərdə klubla yeni anlaşma imzalayacağını bildirib.
Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. O, komandada 94 oyunda 98 qol vurub.
Forvardın indiki müqaviləsi 2027-ci ilin yayına kimidir. Yeni anlaşmanın müddətinin 2029-cu ilin iyuluna kimi olacağı gözlənilir.