Keyruş yenidən Qana millisində

03.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keyruş yenidən Qana millisində

Karluş Keyruş Qana millisinin baş məşqçisi vəzifəsinə qayıdıb.

QOL.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb. 73 yaşlı portuqaliyalı mütəxəssislə komandanın növbəti mərhələsi üçün yeni razılaşma əldə olunub. Müqavilənin müddəti açıqlanmayıb.

Keyruş iyul ayında Qananın DÇ-2026-da mübarizəni dayandırmasından sonra millidən ayrılmışdı. Qana 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə uduzaraq turniri tərk etmişdi.

Mütəxəssisin yeni dönəmi qarşıdakı beynəlxalq fasilə zamanı başlayacaq. O, Qananı 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində də çalışdıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью