Keyt Kelloq fevralın ortalarında Ukraynaya səfər edəcək

04.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün fevralın ortalarında Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Fevralın 3-də Tramp Rusiya və Ukrayna ilə danışıqların uğurla davam etdiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью