Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Şahzadı Uilyamla xanımı Keyt Middlton Birlik Gününü qeyd etmək üçün Vestminster Abbeyini ziyarət ediblər.
Axşam.az xəbər verir ki, bu, iki il ərzində ilk dəfə cütlük kral ailəsinin qalan üzvləri ilə birlikdə bayram mərasiminə qatılıb.
Belə ki, məclisdə Kral III Çarlz, Kraliça Kamilla, Şahzadə Anna, Qloster hersoqu və hersoginyası da iştirak edib.
Tədbir üçün Keyt daha əvvəl iki dəfə geyindiyi qırmızı "Catherine Walker Beau Tie" palto tərzi paltarını seçib. O, görünüşünü "Gina Foster"dən olan qırmızı papaq və eyni rəngli əl çantası, həmçinin mirvari zinət əşyaları ilə tamamlayıb. Uilyam isə klassik mavi kostyumda olub.