Keyta A Seriyası klubunda RƏSMİ

14.02.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İnter" sabiq hücumçusu Keyta Balde karyerasını yenidən A Seriyasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 29 yaşlı seneqallı "Montsa" ilə müqavilə imzalayıb.

Məlumatı klubun mətbuat xidməti yayıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, İspaniyanın "Damm" klubunun yetirməsi İtaliyada "İnter"lə yanaşı, "Latsio", Kalyari" kimi komandaların da uğurları üçün çalışıb. "Monako" (Fransa), "Espanyol" və "Barselona"da (hər ikisi İspaniya) da oynamış Baldenin son iş yeri Türkiyə təmsilçisi "Sivasspor" olub. O, Sivas klubunun heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью