Kia Optima satanı öldürüb, meyitini yandırdılar | Icma.az
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Tümen şəhərində avtomobil satışı ilə bağlı qəddar bir qətl baş verib.
30 yaşlı Vladimir öz “Kia Optima” avtomobilini satışa çıxarıb. 4 dekabr axşamı ona nömrəsiz “Lada” ilə iki potensial alıcı gəlib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Montajnikov küçəsində görüşdən sonra Vladimir onların maşınına minib və birlikdə uzaqlaşıblar.
Onlar satıcının avtomobili ilə test-sürüşünə çıxıblar. Bundan sonra “Kia”nın sahibini görən olmayıb.
Kişi evə qayıtmayanda onun hamilə həyat yoldaşı həyəcan təbili çalmağa başlayıb. Ertəsi gün Vladimirin avtomobili Yekaterinburqda tapılıb.
Naməlum şəxslər “Kia Optima”nı burada aşağı qiymətə satmağa çalışırmış. Maşına baxmağa gedən itkin şəxsin dostları avtomobili tanıyıblar.
Opalixinskaya küçəsində parkinqdə başqa bir satıcı ilə söhbət zamanı cinayətkarlardan biri qaçmağa cəhd edib.
Tam oxu
Xəbəri oxu