“Kia”nın yeni elektrikli modeli Fotolar

15.09.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Kia” 460 kilometrə qədər məsafə qət edə bilən tam elektrikli yeni yüngül ticari modeli “PV7”-ni təqdim edib.

“Bakupost” xəbər verir ki, avtomobil yük və sərnişin daşıma üçün iki əsas versiyada hazırlanıb. Sərnişin versiyası 11 nəfərlikdir. Yük versiyası isə 1,2 tona qədərdir.

“PV7” ön hissədə yerləşən elektrik mühərrikindən 268 at gücü və 420 Nm fırlanma anı əldə edir. Şirkət gələcəkdə tam ötürücülü versiyanın da təqdim ediləcəyini açıqlayıb.

96,2 kVt/saatlıq batareyaya malik “Long Range Cargo” versiyası bir şarjla 460 kilometrə qədər yol gedir. 350 kVt-lıq sürətli şarjla batareya 10%-dən 80%-ə təxminən 20 dəqiqəyə doldurula bilir.

Avtomobilin qiyməti hələ açıqlanmayıb.

Vüsalə Hüseynova,

BakuPost




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью