Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Aktyor dörd filmin adını çəkib...
...Kino sevgisi ilə tanınan aktyor Kianu Rivz yaddaşında həkk olunmuş dörd ən parlaq kino təcrübəsini bölüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine yazır.
Siyahıda birinci yerdə Devid Linçin sürreal filmi “Eraserhead” (“Baş pozan”) olub.
Rivz gənclik illərində Torontoda velosiped sürdüyünü və təsadüfən kinoteatrın afişasına rast gəldiyini xatırladı: "Mən sadəcə olaraq velosipedimi saxladım və içəri girdim.
Bu, mənim dünyagörüşümü dəyişdi", - aktyor geniş gülümsəyərək deyib.
Onun üçün ikinci unudulmaz təcrübə Abel Qansın epik səssiz filmi “Napoleon” (1927) oldu.
Rivzin sözlərinə görə, film bir neçə ekranda nümayiş etdirilib, “hisslər üçün əsl bayramdır”.