Kiber cinayətkarlıqla bağlı yeni qanun 15 ilə qədər həbs gözləyir

13.03.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə “Kibertəhlükəsizlik Qanunu” Türkiyə Böyük Millət Məclisi tərəfindən müzakirəyə çıxarılaraq qəbul edilib.

APA xəbər verir ki, yeni qanuna görə kiberməkanda Türkiyə Cümhuriyyətinin dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən və əldə etdiyi hər hansı məlumatı kiberməkanda saxlayanlar 8 ildən 12 ilədək azadlıqdan məhrum ediləcəklər.

Bu məlumatı yayan, başqasına göndərən və ya satmağa cəhd edənləri 15 ilə qədər həbs gözləyir.

Qanun həmçinin yeni qurulmuş Kiber Təhlükəsizlik İdarəsinin vəzifələrini də müəyyən edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью