Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin 12 vilayətində kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan 167 şübhəlidən 32-si həbs olunub.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar Daxili İşlər Nazirliyi, Polis Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi, Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) və prokurorluqların koordinasiyası ilə 5 gün ərzində keçirilib.
Şübhəlilər dələduzluq, qanunsuz mərc oyunları, uşaqlara qarşı onlayn cinsi istismar, kibertəhlükəsizlik qanunvericiliyinin pozulması və oğurluqda ittiham olunurlar.
Saxlanılanlardan 32-si həbs edilib, 31 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib. Digər şübhəlilərlə bağlı araşdırmalar davam edir.
Müəyyən edilib ki, şübhəlilər sosial şəbəkələr və fişinq saytları vasitəsilə yüksək qazanc, investisiya və avtomobil satışı vədləri verərək vətəndaşları aldadıblar. Onlar həmçinin qanunsuz mərc və qumar oyunları təşkil edib, bu saytların reklamını yayıblar.
Araşdırma zamanı şübhəlilərin uşaqlara aid pornoqrafik görüntülər saxladıqları, eləcə də vətəndaşların mobil bankçılıq və oyun hesablarına icazəsiz daxil olduqları müəyyən edilib.
Bizim.Media