Kiberdələduzlara qarşı xəbərdarlıq

31.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsəd ilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb. Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər. Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır. Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью