Kiberdələduzların bitməyən VARİANTLARI Biometrik imzalar nə dərəcədə TƏHLÜKƏSİZDİR? | Icma…
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar Azərbaycanda elekton və biometrik imzalar geniş tətbiq olunur.
Digər imzalar kimi “SİMA İmza” da əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.Bu imzadan Azərbaycan Respublikasının vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər tərəfindən istifadə edilə bilər.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır.
Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. MÖVZU İLƏ BAĞLI:DİQQƏT!
Azərbaycanda yeni kiberdələduzluq - Sizin səsinizlə valideyninizdən pul alınır “SİMA İmza”nın tərəfdaşlarına təqdim etdiyi üstünlüklərdən biri də istənilən sistemə inteqrasiya oluna bilməsidir.
SİMA mobil tətbiqi ilə dövlət və özəl qurumlara aid 1000-dən çox müxtəlif xidmətdən istifadə etmək olur.Bəs, “SİMA İmza”nın dələduzlar tərəfindən sındırılması nə qədər realdır?Suala Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında deyib ki, “Asan İmza”, “SİMA İmza” və digər elektron, həmçinin biometrik imzalar dələduzların istifadə edə biləcəyi yöntəmlər deyil:“Dələduzlar daha çox fərdi və bank kartı məlumatlarını manipulyasiya edərək istədiklərinə nail olurlar.
Tam oxu
Xəbəri oxu