“Kiberdələduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb” DİN

02.05.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kiberdələduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb. Bu pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır.

APA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib.

O bildirib ki, pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır: “Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью