Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Fransada Daxili İşlər Nazirliyinə bağlı bir dövlət qurumuna kiberhücum olub.
Hadisə ilə bağlı araşdırma başladıldığı bildirilir. Hücum nəticəsində şəxsi məlumatların sızdırılmış ola biləcəyi barədə məlumat verilib.
"Cebheinfo.az" xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin istehsalı və idarə olunmasından məsul olan ANTS qurumunun 15 apreldə kiberhücuma məruz qaldığını açıqlayıb.
Hücumda şəxsi məlumatların sızdırılmış ola biləcəyi qeyd olunan açıqlamada neçə nəfərin məlumatlarının ələ keçirildiyi barədə məlumat verilməyib. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı təhqiqat başladıb.
Qeyd edək ki, Fransada dövlət qurumlarına qarşı kiberhücumlar son dövrlərdə artıb. Fransa Təhsil Nazirliyi 19 martda nazirliyə bağlı 243 min işçinin şəxsi məlumatlarını əhatə edən təhlükəsizlik problemi yaşamış, 25 martda isə kiberhücum nəticəsində 770 min şagirdin məlumatları sızdırılmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin