Kibertəhlükəsizlik Agentliyi 6 milyonluq müqavilə imzaladı

25.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Milli Kibertəhlükəsizlik Agentliyi təhdid kəşfiyyatı platformasının lisenziyalarının genişləndirilməsinə təxminən 6 milyon manat ayırıb. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsi mövcud Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) təkmilləşdirilməsi istiqamətində irihəcmli satınalma həyata keçirib.

Satınalma çərçivəsində mövcud Təhdid kəşfiyyatı (Threat Intelligence) platformasının funksionallığının genişləndirilməsi üzrə əlavə lisenziyaların alınması nəzərdə tutulur. Müqavilənin qalibi “MİRAİ TECHNOLOGY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Məişət texnikası

Tərəflər arasında imzalanmış müqavilənin ümumi dəyəri 5.989.487,02 AZN təşkil edir.

Cəlalə Cəlalqızı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью