Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-da fəaliyyət göstərən “7AI” kibertəhlükəsizlik startapı A seriyası sərmayə turunda 130 milyon dollar maliyyə vəsaiti cəlb edib.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, 2024-cü ildə təsis olunan şirkətin ümumi sərmayəsi 166 milyon dollara yüksəlib.
“7AI” yeni investisiyanı süni intellekt mühəndisliyi və satış komandalarının genişləndirilməsinə yönəldəcək.
Şirkət Lior Div və Yonatan Striem Amit tərəfindən yaradılıb.
Platforma süni intellekt agentləri vasitəsilə kibertəhlükəsizlik pozuntularını avtomatik aşkar edir, araşdırır və aradan qaldırır.
40-dan çox agentlə çalışan sistem mövcud təhlükəsizlik alətləri ilə inteqrasiya olunur, məlumatların köçürülməsinə ehtiyac yaratmadan analiz imkanı verir.
Aşkarlanan hadisələr əhəmiyyətinə görə sıralanır, təbii dildə izahlarla təqdim olunur.