Kiçik ada dövlətlərinin də səsi eşidiləcək ANALİZ | Icma.az
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan onların problemlərini dünyaya çatdırmaqla bağlı öz üzərinə düşən missiyanı uğurla yerinə yetirə bildi“Ola bilsin ki, COP29 başa çatana kimi kiçik ada dövlətlərinə dəstəklə bağlı hansısa ümumi anlaşma əldə olundu” İştirakçıların sayına və dövlətləri əhatə etməsinə görə BMT-nin ən böyük tədbiri hesab olunan İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) uğurla davam edir.
Konfransın Mavi zonası ötən günlərdə olduğu kimi, dünən də mühüm iqlim problemlərinin müzakirə məkanına çevrilib.
Bakıda keçirilən COP29 dünya üçün əhəmiyyətli cəhətlərindən biri də məhz qlobal iqlim dəyişmələrinin ağır fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin, xüsusən də ada dövlətlərinin problemlərinin aradan qaldırılması istiqamətində qərarların qəbul edilməsi və onlara praktik kömək göstərilməsidir.
Ötən gün COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi də elə bu məqsədə xidmət edirdi.
Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb və həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması da COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
Dövlət başçısı COP29 kimi mötəbər bir tədbirin yüksək kürsüsündən bəyan etdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir.
İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkəçilik keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.
Tam oxu
Xəbəri oxu