Kiçik balıqların okean istəyi: SSRİ nin bərpası real deyil

09.06.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin San-Fransisko şəhərində qeyri-qanunu miqrantlar etirazlar zamanı Sovet İttifaqı bayraqlarından istifadə ediblər.

Görüntülər SHOT teleqram kanalı tərəfindən yayımlanıb.

Xatırladaq ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması prosesi həyata keçirilib və etirazlar digər bir neçə şəhərdə də özünü büruzə verib. Etirazçılarla polis əməkdaşları arasında toqquşmalar da qeydə alınıb.


Konflikt analitik Elman Vəliyev Sherg.az-a bildirib ki, ABŞ-də etirazlar zamanı Sovet İttifaqının bayraqlarından istifadə hallarını dərhal Rusiyanın əli kimi qiymətləndirmək bəlkə də mübaliğəli görünür:


"Lakin sovet simvollarının hələ də istifadə olunması bu təsirin tam itib getmədiyini göstərir. Bu mənada, ortada müəyyən ideoloji izlərin qaldığını demək məntiqli görünür. Digər tərəfdən, ABŞ-in immiqrantlara qarşı sərt mövqeyi də diqqət çəkir. Bu, gələcək üçün yaxşı perspektiv vəd etmir. Amma ABŞ-in təhlükəsizlik baxımından belə davranmasına, öz baxış bucağından müəyyən qədər haqq da qazandırmaq mümkündür.

Mövcud şəraitdə SSRİ-nin bərpası real deyil. Hazırda dünyada çoxqütblülük uğrunda mübarizə gedir. Kiçik balıqlar belə böyük okeanlarda, dənizlərdə üzmək istəyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью