Kiçik Kliçko Ukraynanın Qərbdə unudulmasından qorxur

05.11.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev meri Vitali Kliçkonun kiçik qardaşı, keçmiş boksçu Vladimir Kliçko Ukraynanın Qərbdə unudulmasından narahatlığını ifadə edib və ölkəsindəki hadisələrin artıq xəbərlərdə yer almamasından təəssüflənib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Bild" qəzetinə verdiyi müsahibədə bildirib.

"Qərbdə olduğunuz zaman müharibənin yaxında olduğunu unutmaq asandır. Bu, artıq diqqətləri cəlb eləyən əsas xəbər deyil. Məsafə və nəticəsiz görüşlər, bu barədə hər gün bir-birini təkzib edən xəbərlər də insanları müharibəyə laqeyd yanaşmağa öyrəşdirir", - deyə kiçik Kliçko Ukraynadakı döyüşlərdən danışarkən bildirib.

Lakin o, ABŞ prezidenti Donald Trampın səylərinin münaqişəyə son qoymayacağına inandığını bildirib. "Donald Trampın müharibəyə son qoymaq üçün daim çalışdığı danışıqlar keçmişdə müsbət nəticələr verməyib. Və mən düşünmürəm ki, müsbət nəticə olacaq", - deyə Kliçko bildirib.

16 oktyabrda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşmək barədə razılığa gəldiklərini açıqlayıb. Tərəflər Ukrayna münaqişəsi üçün mənalı bir nəticə barədə razılığa gələ bilmədikləri üçün sammit sonradan qeyri-müəyyən müddətə təxirə salındı. Moskva və Vaşinqton əlverişli şərait yarandıqda görüşün baş tuta biləcəyini bildirdilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью