Kiçik lükslər stressi azaldır, sosial status hissini qoruyur Eyyub Kərimli

29.01.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İqtisadi böhran və ya qeyri-müəyyənlik dövrlərində insanların bahalı məhsullardan imtina edib, lakin özlərini “kiçik lükslər”lə mükafatlandırmağa davam etməsi fenomenini ifadə edir. Yəni, avtomobil, mənzil, bahalı elektronika almır amma ətir, aksesuar, qəhvə,telefon, şirniyyat kimi ucuz, lakin psixoloji rahatlıq verən məhsullara xərcləməni saxlayır və ya artırır”.

İqtisadçı ekspert Eyyub Kərimli bu fikri 525.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, insanlar gələcəyə dair narahatlıq zamanı özünə dəyər hissini qorumaq istəyir.  Kiçik lükslər stressi azaldır, sosial status hissini qoruyur. “Hələ də normal yaşayıram” mesajı verir,istehlak davranışının erkən indikatoru kimi çıxış edir:

“İqtisadi tənəzzül dövrlərində pərakəndə satış strukturunun dəyişdiyini göstərir,monetar və fiskal siyasət üçün istehlak psixologiyasını anlamaqda kömək edir. İqtisadi böhran yalnız rəqəmlərlə deyil, insanların psixologiyası ilə ölçülür. İnsanlar böyük xəyallardan imtina etsə də, kiçik xoşbəxtliklərdən yan keçmirlər”.

Sevinc Qarayeva 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью