Kiçik və orta fermerlərə dəstək çağırışı Deputatdan təklif

18.09.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fermerlər kabinetlərdə qəbullardan daha çox, kənd təsərrüfatı sahələrində olmalıdırlar".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, prosedur icra edilərkən sənədləşmə şəffaf olmaqla bərabər, həm də sadə olmalıdır ki, bürokratik əngəllər olmasın:

"Həm də ilkin olaraq daha çox kiçik və orta fermerlərə dəstək olmaq lazımdır ki, böyük fermerlər onları kölgədə qoymasınlar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью