“Kicker” Qurban Qurbanovun müsahibəsini 80 avroya satır! | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın məşhur “Kicker” nəşri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb.“Football-plus.az”ın məlumatına görə, həmkarımızla həmsöhbət olan mütəxəssis Dortmund “Borussiya”sında çalışan Yürgen Kloppun yanına təcrübə toplamaq üçün yollandığı vaxtları xatırlayıb.
Baş məşqçi Almaniya futboluna yüksək dəyər verdiyini bildirib.Qurban bəy xarici mətbuata açıqlamasında da menecerlərdən gileylənib.
O deyib ki, menecerlər boş vədlərlə “Qarabağ”ın futbolçularını cəlb etməyə çalışır.“Kicker” həmçinin “Qarabağ”ın tarixindən, təmsil etdiyi bölgənin – Ağdamın taleyindən və Qurban Qurbanovun keçdiyi uzun yoldan bəhs açıb.
Müsahibənin giriş hissəsində Ağdam təmsilçisinin təqdirəlayiq komanda olduğu, avrokuboklarda müntəzəm çıxış etdiyi vurğulanıb.Maraq üçün qeyd edək ki, müsahibə bütün oxucular üçün açıq yayınlanmayıb.
Qurban Qurbanovun cavablarıyla tanış olmaq istəyənlər “Kicker”ə 80 avro ödəməlidi.KƏNAN BAHADIR Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu