Kiflənmiş pendirin təhlükələri açıqlandı

14.08.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Şimal-Şərq Universitetinin Qida Sənayesinin Tənzimlənməsi Proqramının direktoru, tibb elmləri doktoru Darrin Detvailer, kiflənmiş pendir yeməkdən çəkinməyi tövsiyə edib.

Ölkə.az xəbər verir ki, o bu barədə "İnfobae" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, kif basmış pendir istehlak etdikdən sonra insanda allergik reaksiyalar, mədə pozğunluğu və qida zəhərlənməsi yarana bilər:

"Hansı fəsadların meydana çıxacağı isə pendirdə əmələ gəlmiş kif növündən, bakteriyalardan, eləcə də insanın immun sisteminin vəziyyətindən asılıdır. Bəzi hallarda isə kiflənmiş məhsulun qəbulu yalnız ağızda xoşagəlməz dadla nəticələnə bilər".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью