Kikbokçumuz Dünya oyunlarına vəsiqə qazanıb

08.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan milli komandası gələn il avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya oyunlarında təmsilçi sayını artırıb. Sport24.az xəbər verir ki, multiforuma vəsiqəni kikboksçu Amin Quliyev (63,5 kq) də qazanıb.

Afinada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməsi ona bu hüququ verib.

Azərbaycan millisi Dünya oyunlarında geniş heyətlə təmsil olunacaq. Təkcə gimnastikada idmançılarımız üç növdə çıxış edəcəklər. Tamblinq (Mixail Malkin), akrobatika (Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu) və aerobikada ( Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlüyü).

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Dünya oyunlarına vəsiqə əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью