Kikboksçular həbsdə qalıb İdman və Biz

17.01.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumla bağlı həbs edilən kikboksçular barələrindəki qərardan narazıdırlar.

İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi həbs qərarının ləğv edilməsini istəyib.

Hakim etirazı əsaslı hesab etməyib. Xuliqanlıqda ittiham edilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun həbsinin davamına qərar verilib.

Qeyd edək ki, idmançılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью