Kikboksçumuz Ceyran Əkbərova Tailandda 2 ci döyüşünü də qələbə ilə başa vurdu

10.07.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tailandın Puket şəhərində muay tay üzrə "Patonq" peşəkar liqası keçirilir.

BAKU.WS xəbər verir ki, yarışda qadın kikboks millimizin üzvü, "Qara almaz" ləqəbli Ceyran Əkbərova (52 kq çəki dərəcəsi) təmsil edir. Həmyerlimiz artıq 2 döyüş keçirib və hər 2 qarşılaşmada qələbə qazanıb.

Belə ki, ilk görüş 3-cü raundda nokautla nəticələnib. Hər qarşılaşma 5 raunddan ibarətdir. Ceyran Əkbərovanın şəxsi məşqçisi Pərvin Hüseynovun sözlərinə görə, rəqiblər yerli idmançılar olublar.

Avropa çempionatının mükafatçısı olan Ceyran Əkbərova mayın 1-dən dünya çempionatına hazırlıq məqsədi ilə Tailandda təlim-məşq toplanışındadır. Qeyd edək ki, Dünya Çempionatı noyabrda Dubayda keçiriləcək. 

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью