Kikboksinq Federasiyasından CƏZALAR İdman və Biz

07.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Kikboksinq Federasiyasının iclası keçirilib.

İdman.biz xəbər verir ki, qurumun prezidenti Orxan Əliyevin də qatıldığı toplantıda bir neçə gün əvvəl baş vermiş xoşagəlməz hadisə ilə bağlı bəzi qərarlar verilib.

Ramal Aslanov federasiyada tutduğu vəzifədən öz ərizəsi ilə azad olunub. Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun federasiyanın nəzdində məşqçi fəaliyyətinə xitam verilib.

Həmçinin federasiyanın qərarına əsasən, Elşən Abdulrəhimov qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью