Kilauea vulkanında növbəti PARTLAYIŞ

27.05.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Havaydakı Kilauea vulkanı yenidən səmaya lava püskürtməyə başlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, lava fontanı görənləri valeh edib.

Görüntülər ABŞ-nin Havay ştatındandır. Kilauea vulkanı yenidən aktivləşib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, krater yerli vaxtla saat 5:15-də lava püskürməyə başlayıb.

Çox insan həmin anları təhlükəsiz məsafədən izləyib.

Mayın 2-də qeydə alınan püskürmələr vulkanda 1986-cı ildən bəri qeydə alınan ən böyük püskürmə olub.

Qeyd edək ki, həmin püskürmə zamanı lavanın hündürlüyü 100 metrə çatmışdı.

Oksana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью