Kilian Mbappe Azərbaycan millisinə qarşı oynamayacaq

14.11.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Buna hücumçunun ayaq biləyi ilə bağlı yaşadığı problemlər səbəb olub.

Mbappenin durumunda risk olduğundan o, heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq. Bu səbəbdən hücumçu qarşıdakı Azərbaycan yığması ilə oyunda Fransa millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan – Fransa görüşü noybarın 16-da Bakıda təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью