Kilian Mbappe etdiyi səhvlərdən danışıb

20.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe millinin kapitanı kimi keçmişdə hansı səhvlərə yol verdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə ESPN-ə açıqlama verib:

"Mən nəyi yaxşı və nəyi düz etmədiyimi başa düşəcək qədər həssas insanam. Bilirəm ki, insanlar meydanda və meydandan kənarda etdiklərimdən narazı idilər və mən onların ümidlərini doğrultmadım. İtaliyaya qarşı zəif oynadım və kapitan kimi komandanı bir araya gətirə bilmədim. Mən bunu etiraf edirəm, amma indi ən vacibi irəli getmək və eyni səhvləri təkrarlamamaqdır".

Qeyd edək ki, bu gün Millətlər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Fransa millisi ilə Xorvatiya millisi arasında oyun olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью