Kilian Mbappe Fransa millisindəki karyerasını başa vurub?

09.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa yığmasının ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib.

Bunun səbəbi seçmə komandanın baş məşqçisi Didye Deşamla əlaqələndirilib.

Ulduz futbolçu baş məşqçi Didye Deşamla mübahisə edib.

Deşam daha əvvəl oyunçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.

Lakin yeni məlumata görə, Mbappe özü yığmaya gəlməyib. O, baş məşqçi Deşamla anlaşa bilmir və onun rəhbərliyi müddətində millidə oynamaq istəmir.

Qeyd edək ki, idman jurnalisti Ruan Molina Kilian Mbappenin Fransa millisindəki karyerasını başa vurduğunu iddia edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью