Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Real” (Madrid) La Liqanın təxirə salınmış I tur matçında öz meydanında “Real Sosyedad”ı darmadağın edib – 4:1.
Qarşılaşmanın baş qəhrəmanı Madrid təmsilçisinin heyətində het-trik edən fransalı hücumçu Kilian Mbappe olub.
Futbolpress.az xəbər verir ki, Mbappe bu matçla “kral klubu”nun heyətində 100-cü məhsuldar göstəricisinə çatıb. 27 yaşlı forvard “Kral klubu”nun forması ilə çıxış etdiyi 105 rəsmi matçda bu nəticəni gerçəkləşdirib.
Fransalı ulduzun aktivində hazırda “Real”da vurulan 89 qol və 11 məhsuldar ötürmə var. “Qol+pas” sistemi üzrə 100 xala çatma sürətinə görə Mbappe Madrid klubunun tarixində yalnız Kriştiano Ronaldodan geri qalır. Portuqaliyalı ulduz bu həddə 86 matçda çatmışdı.