Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İsveç yığmasını 3:0 hesabı ilə məğlub edən Fransa millisinin hücumçusu Kilian Mbappe mundiallar tarixinin ən yaxşı bombardiri olmaq istiqamətində inamlı addım atıb.
Fanat.Az xəbər verir ki, Skandinaviya təmsilçisi ilə görüşdə dubl edən ulduz forvard DÇ-lərdə vurduğu qolların sayını 18-ə çatdırıb.
O, hesabında 19 qol olan Lionel Messini haqlamaq üçün daha bir dəfə fərqlənməlidir.
Kilian həm də DÇ-2026-da 6-cı dəfə adını tabloya yazdıraraq turnirin bombardirlər cədvəlində lider mövqeyində qərarlaşan Messiyə şərik olub.
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat