Kilian Mbappe: “PSJnin bütün matçlarını izləyirəm” İdmanXəbər

09.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Real”ın hücumçusu Kilian Mbappe sabiq klubu PSJ barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı Paris təmsilçisindən qalmaqallı ayrılmasına baxmayaraq, klubun özü üçün çox şey olduğunu etirf edib:

“PSJ mənim üçün çox şey deməkdir. Necə başa çatmasına baxmayaraq, orada yeddi gözəl ilim oldu. Keçən il hər şey qarışmışdı. İnsan və futbolçu kimi hüquqlarımı müdafiə etdiyim üçün münaqişələrim olub.

Azarkeşlər “Mbappe PSJ-ni sevmirdi” deyir. Amma qətiyyən belə deyil. Mən bu gün də  PSJ-nin bütün matçlarını izləyirəm, klub haqqında hər şeyi bilirəm. Hətta stadiondakı hər bir otun yerinə bələdəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью