Kilian Mbappe unikal nailiyyətə imza atdı

20.02.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində unikal nailiyyətə imza atıb.
Yeniavaz.com
xəbər verir ki, fransız forvard Çempionlar Liqası və Avropa Çempionlar Kuboku tarixində “Santyaqo Bernabeu” və “Kamp Nouda” het-trik edən ilk oyunçu olub.
Belə ki, ötən gün Mbappe “Real Madrid”in “Mançester Siti” ilə ev oyununda (3:1) üç qol vurub. Nəticədə klub Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
2021-ci ildə isə Kilian “Camp Nou”da üç qol vurmağı bacarıb. Həmin vaxt o, PSJ-də çıxış edib – Fransa komandası “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə keçib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью