Kilian Mbappe yeni rekorda imza atıb

05.07.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 iyul, AZƏRTAC

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, o, ardıcıl üç dünya çempionatının (2018, 2022 və 2026) 1/8 final mərhələsində qol vuran ilk futbolçu olub.

Forvard ötən gecə Paraqvayla matçın 70-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib. Həmçinin o, dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayını 11-ə çatdıraraq bu göstərici üzrə rekordunu daha da yaxşılaşdırıb.

Qeyd edək ki, Fransa 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью