Kilian Mbappe zədəsini sağaldıb

13.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 fevral, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe komanda ilə məşqlərə başlayıb.

AZƏRTAC “Goal” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçunun ayaq biləyindən aldığı zədə tam sağalıb.

Forvardın La Liqanın XXIV turunda "Real Sosyedad"lə oyunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma fevralın 14-də təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью