futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“EA Sports” şirkəti “EA FC 27” simulyasiya oyununda ən yüksək reytinqə layiq görülən oyunçuların siyahısını təqdim edib.
Futbolpress.az xəbər verir ki, videooyunun ən güclü futbolçuları “Real”ın (Madrid) hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin forvardı Erlinq Haaland olublar. Hər iki ulduz futbolçunun ümumi göstəricisi 91 bal olaraq qiymətləndirilib.
Siyahıda 90 reytinqlə Rodri, Osman Dembele, Vitinya, Harri Keyn, Maykl Olise, Pedri, Lamin Yamal, Tibo Kurtua və Cud Bellingem yer alıblar.
89 ballıq reytinqə isə Qabriel Maqalyans, Canluici Donnarumma, Bruno Fernandes, Xviça Kvaratsxeliya, Nunu Mendeş, Villian Paço, Lionel Messi və Vinisius Junior layiq görülüblər.