Kılıçdaroğlu Əkrəm İmamoğlunun namizədliyindən danışdı

21.09.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məhkəmənin “mütləq etibarsızlıq” qərarından sonra CHP sədri vəzifəsinə gələn Kemal Kılıçdaroğlu Avrasiya Strateji Araşdırmalar Platformasının (ASAD) Baş Qərargahına baş çəkib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, səfərdən sonra jurnalistlərin suallarını cavablandıran Kılıçdaroğlu siyasi qərarlardan, partiya daxilindəki fikir ayrılıqlarından, Əkrəm İmamoğlunun namizədliyindən və "Altılı Masa"nın yaradılmasından danışıb.

Kılıçdaroğlu hər bir siyasətçinin səhv edə biləcəyini bildirib.

O, öz siyasi fəaliyyətində də çatışmazlıqlarının və yanlışlarının olduğunu etiraf edib. Siyasətçinin gördüyü hər işi doğru hesab etməsinin böyük yanlışlığa səbəb ola biləcəyini deyən Kılıçdaroğlu əvvəl yol verdiyi səhvlərə görə üzr istədiyini xatırladıb.

“Mən ən sonda üzr belə istədim. Yəni etdiyimiz səhvlərə, çatışmazlıqlara görə üzr də istədim”, - deyə Kılıçdaroğlu bildirib.

CHP-də qərarların qəbul edilməsi prosesindən də danışan Kılıçdaroğlu partiya daxilində fərqli fikirlərin sərbəst şəkildə ifadə olunduğunu söyləyib.

Onun sözlərinə görə, Mərkəzi İdarə Heyətinin (MYK) iclaslarında qəbul edilməsi nəzərdə tutulan qərarlara etirazlar da səsləndirilir.

Fikirlər dinlənildikdən sonra ortaq qərarın formalaşdırılmasına çalışılır. Kılıçdaroğlu CHP-ni canlı saxlayan xüsusiyyətlərdən birinin “etiraz mədəniyyəti” olduğunu vurğulayıb.

O qeyd edib ki, partiya daxilində hətta sədrin fikirlərinə də etiraz etmək mümkündür.

Jurnalistlər Kılıçdaroğluna siyasi fəaliyyətinə geriyə dönüb baxdıqda peşman olduğu mühüm bir qərarın olub-olmadığını da soruşublar.

""Kaş bunu etməsəydim" dediyiniz mühüm bir qərar varmı?” sualına Kılıçdaroğlu “Çox mühüm bir qərarım yoxdur” cavabını verib. Daha sonra Kılıçdaroğluna Əkrəm İmamoğlunun namizədliyi ilə bağlı sual ünvanlanıb. "“İmamoğlunu namizəd etməsəydim" deyə heç düşündünüzmü?” sualına Kılıçdaroğlu “Yox. Xeyr, xeyr” cavabını verib.

Kılıçdaroğlu "Altılı Masa"nın yaradılması qərarından da danışıb.

O bildirib ki, bu qərar partiya daxilində etirazlarla qarşılanıb. Buna baxmayaraq, Kılıçdaroğlu qərarın doğru olduğuna inandığını və partiyadakı həmkarlarını da buna inandırdığını söyləyib.

Prezident seçkilərində 51 faiz səs tələbini də şərh edən Kılıçdaroğlu bu tələbin siyasi partiyaları ittifaq qurmağa məcbur etdiyini bildirib.

“Hər halda prezident seçkisində 51 faiz şərti varsa, siz onsuz da ittifaq qurmağa məcbursunuz”, - deyə Kılıçdaroğlu bildirib.

O, öz ittifaqlarının yaradılmasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın da ittifaq qurmağa məcbur qaldığını iddia edib.

Gülər

"Cebheinfo az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью