Kılıçdaroğlu həbsxanada Dəmirtaşla görüşəcək

22.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Xalqları Bərabərliyi Partiyasının (HDP) keçmiş sədri Səlahəttin Dəmirtaşla görüşəcək.

Bakupost.az xəbər verir ki, bu barədə CHP sədrinin müavini Necdet Saraç məlumat verib.

“Kamal bəy yaxın günlərdə Ədirnə həbsxanasında Səlahəttin Dəmirtaşı ziyarət edəcək. Dəmirtaşla görüşdən sonra Kamal bəyin açıqlamasını hamımız birlikdə dinləyəcəyik”, - o bildirib.

Necdet Saraç ziyarətin nə vaxt baş tutacağı ilə bağlı konkret tarix açıqlamayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью