Kılıçdaroğlu və Özel arasında yeni DAVA

23.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu jurnalistlərlə səhər yeməyi zamanı siyasi gündəmlə bağlı təəccüblü iddialar irəli sürüb. 

“Cebheinfo.az” xəbər verir ki, Kılıçdaroğlu Yeni Partiyanın lideri Özgür Özel və digər keçmiş partiya rəsmilərinin CHP-dən ayrılmazdan əvvəl CHP-nin xəzinəsindən Yeni Partiyaya ianə adı altında 5.100.000 TL köçürdüyünü iddia edib. 

O, pulun geri qaytarılması tələbi ilə rəsmi bildiriş göndərildiyini açıqlayıb. Partiyanın bank hesabının ləğv edildiyini bildirən Kılıçdaroğlu hərəkətin qeyri-etik olduğunu vurğulayıb. 

Prosesin hüquqi aspektlərini vurğulayan Kılıçdaroğlu deyib: 

"Onlar CHP-nin bank hesabını ləğv ediblər. Bu, tamamilə qeyri-etik və ciddi bir problemdir. Biz onlara yazdıq və pulun geri qaytarılmasını tələb etdik. Siz imza səlahiyyətinizdən öz xeyrinizə istifadə edirsiniz, bu, nə etik, nə də düzgündür. Əks halda, Hesablama Məhkəməsinin yoxlamasından sonra daha çox problemlər yaranacaq və xəzinədən aldığımız pul kəsilə bilər”. 

Kılıçdaroğlu pulun göstərilən müddət ərzində CHP hesablarına qaytarılmaması halında qanuni tədbirlər görəcəklərini bildirib. O, Özgür Özel və  Yeni Partiyanın digər rəhbərlərinə qarşı Baş Prokurorluqda cinayət işi açılacağını deyib. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью