Kılıçdaroğlu yenidən CHP sədri olmaq istəyir?

02.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Əkrəm İmamoğlunun korrupsiya istintaqında həbsindən sonra ən diqqət çəkən addım CHP-nin (Cümhuriyyət Xalq Partiyası)  növbədənkənar qurultayının keçirilməsi qərarı olub.

"Unikal" xəbər verir ki, CHP sədri Özgür Özəl 6 aprel bazar günü növbədənkənar qurultay keçirəcəklərini açıqlayıb.

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun yenidən namizəd olub-olmayacağı ilə bağlı maraq yaransa da, qurultaya bir neçə gün qalmış diqqətçəkən bir hadisə baş verib. Belə ki, Kamal Kılıçdaroğlunun CHP başqanlığına namizəd olması üçün nümayəndələrdən imzaların toplandığı öyrənilib.

Xatırladaq ki, Kılıçdaroğlu 13 il CHP sədri olub (2010-2023).  

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью