Kılıçdaroğludan CHP nin qurultay qərarına İLK REAKSİYA

22.03.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu partiyasının növbədənkənar qurultaya getməsi ilə bağlı ilk dəfə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi qurultay qərarını dəstəkləyib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Cümhuriyyət Xalq Partiyası quruluş, qurtuluş və ümiddir. İlk dirənişdir, təslim alına bilməyəcək son qaladır. Hüquqsuz müdaxilələrə məruz buraxıla bilməz. Hörmətli partiya sədrini və İdarə Heyətini növbədənkənar qurultay qərarı verdiklərinə görə təbrik edirəm. Bu qaranlıq və çətin günlərdən hamımız birlikdə, əl-ələ və çiyin-çiyinə keçəcəyik". 

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasında (CHP) 6 apreldə fövqəladə qurultay keçiriləcək. Özgür Özəl yenidən partiya sədrliyinə namizəd olduğunu açıqlayıb. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью