Kılıçdaroğlunun sədrliyinə gəlməsi ehtimalı yüksəkdir CHP dən ÖZƏL AÇIQLAMA

27.06.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmə qərarının iyunun 30-da açıqlanacağı bildirilib.

Əgər məhkəmədən “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi qərarı çıxarsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.

Kılıçdaroğlu partiyaya qəyyum təyin edilməsinin qarşısını almaq üçün partiya sədrliyinə qayıtmağı istisna etməyib.

Buna baxmayaraq CHP daxilində onun qayıdışına dair sərt reaksiyalar var.

Modern.az-a açıqlamasında CHP-nin xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, Kılıçdaroğlunun yenidən sədrliyə qayıtma ehtimalı yüksəkdir:

"Elə bir dövrdür ki, hər an hər qərar verilə bilər. Hər an hər bir qərar verilə bilər. Belə bir ehtimal var, yüksəkdir". 

İ.Üzgel vurğulayıb ki, hazırda Kılıçdaroğlunu CHP seçicisi istəmir:

"Partiyamız çox yaxşı momentum əldə edib.Türkiyədə birinci partiyayıq. Cənab Kılıçdaroğlu seçicilər tərəfindən istənilmir. Heç kim CHP-də bir lider dəyişikliyi istəmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью