Kilimancaro dağında helikopter qəzaya uğrayıb, ölənlər var

25.12.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 25 dekabr, AZƏRTAC

Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro dağında helikopter qəzaya uğrayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, hadisə Tanzaniyanın şimalında, dağın ən çox istifadə olunan marşrutlarından birində baş verib.

Polisin verdiyi məlumata görə, qəza tibbi evakuasiya missiyası zamanı qeydə alınıb. Helikopter Barafu düşərgəsi ilə Kibo zirvəsi arasında, dəniz səviyyəsindən 4 min metrdən artıq yüksəklikdə qəzaya uğrayıb.

Bildirilib ki, helikopter tibbi evakuasiya və digər aviasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olub. Şirkət hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью