Kilmarnokda tanış sima

28.09.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə keçirəcəyi səfər matçını idarə edəcək hakimlər briqadasında diqqətçəkən məqam var.

“Futbolpress.az“ın məlumatına görə, görüşün dördüncü hakimi Mohammad Usman Aslam Azərbaycan futboluna yad sima deyil. Norveçli referi 2023-cü ildə UEFA Gənclər Liqasında “Qəbələ”nin U-19 komandasının Macarıstanda “Puşkaş Akademiya” üzərində qazandığı 1:0 hesablı qələbəsində baş hakim olub.

“Qəbələ” doğma meydandakı 1:1 hesablı heç-heçədən sonra Aslamın idarə etdiyi cavab matçındakı minimal üstünlük sayəsində ümumi hesabda (2:1) rəqibini keçərək növbəti mərhələyə vəsiqə qazanmışdı. “Qırmızı-qaralar” yalnız II turda Yunanıstan “Olimpiakos”una məğlub olaraq (0:3, 0:4) mübarizəni dayandırmışdı.

Aslamdan fərqli olaraq, briqadanın digər üzvləri, yəni baş hakim Matiyas Stöfrinqshauq və onun köməkçiləri Erland Hareland ilə Edvard Helgerud isə karyeraları ərzində ilk dəfə komandalarımızın iştirakı ilə keçirilən oyunda ədaləti qoruyacaqlar.

Şotlandiya U-21 – Azərbaycan U-21 qarşılaşması sentyabrın 30-da Kilmarnokdakı “Reqbi Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью