Kilo atarkən orqanizmdə baş verən inanılmaz PROSESLƏR | Icma.az
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son illərin arıqlama trendi ilə bütün işi-gücü yağlarını əritməyə çalışmaq olanların hamısını yəqin bu sual düşündürür: Əriyən yağlar, piylər bədəndən necə xaric olur?
İlk növbədə piy qatının nə olduğunu və necə yarandığını bilib düzgün addımlar atsanız, bəlkə də heç qurtulmaq istəyəcəyiniz bir şey olmaz.
Piy – ifrat dərəcədə qəbul olunan və sərf edilmədiyi təqdirdə ehtiyat kimi saxlanılan enerjidir.
Artıq piylərdən azad olmaq üçün onları, yəni enerji ehtiyyatını sərf etmək lazımdır. Bu sadəcə fizikadır.
Əslində bu kimi yağların yanması prosesi birbaşa beyinlə əlaqəlidir.
Yəni qarına polietilen kəmər bürüyüb tərliyərək və bu tərlə birlikdə yağın əriyib üzə çıxmasını zənn etmək kimi absurd fikirlər tamamilə yanlışdır.
Mütəxəssislər də deyirlər ki, piyin paylanması və itirilməsi genetika, cins, yaş və fiziki aktivlik səviyyəsi də daxil olmaqla bir çox amillərlə əlaqədardır.
Tam oxu
Xəbəri oxu