Kilosu 2 min manatdır

28.06.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yalnız kraliça arı üçün istehsal edilən arı südü artıq yerli arıçılar tərəfindən də istehsal olunur. 

News24.az Sherg.az-a istinadla xəbər verir ki, bir kovandan gündə cəmi 2 çay qaşığı qədər əldə edilən bu məhsulun kilosu  2 min manata çatır.

Vitamin və minerallarla zəngin olan arı südü, bir çox xəstəliklərə, o cümlədən xərçəngə qarşı faydaları ilə tanınır. İşçi arılar eyni genetik quruluşa sahib olduqları halda 40 gün yaşayır, ancaq yalnız arı südü ilə qidalanan kraliça arılar 3-4 il ömür sürür. Bu səbəblə arı südü insan sağlamlığı üçün də dəyərli hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью