Kilosu 200 manata olan meyvə: Satan razı, alan razı... Bəs sağlamlıq? | Icma.az
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mağaza rəflərində mövsümi olmayan meyvələr - çiyələk, gilas, qarpız, ərik, alça, şaftalı və s. göz oxşayır.
Amma bahadır: alçanın bir kilosu 200-250, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Bəzi mütəxəssislər bu cür meyvələrin uzunmüddətli saxlanması, kimyəvi maddələrlə emal edilməsi və genetik müdaxilələrə məruz qalması ucbatından sağlamlıq üçün ziyanlı ola biləcəyini iddia edirlər.
Sağlam qidalanma mütəxəssisi Fərid Səfərov “Yeni Sabah”a bildirib ki, tərəvəz və meyvələr öz mövsümündə yeyildiyi zaman fayda verir: "Ancaq istixana sistemləri ilə bazarda dörd fəsildə hər meyvə və tərəvəzi görmək mümkündür.
Mövsümü olmayan meyvə və tərəvəzlərin dadı və qida dəyəri aşağıdır.
Tədqiqatlar sübut edib ki, uyğun fəsillərdə yetişdirilən meyvə və tərəvəz qida baxımından daha sağlam və faydalıdır”.
Qida eksperti belə məhsulların insan orqanizmində hansı problemlərə səbəb olacağına da aydınlıq gətirib: “Mövsümün xaricində yetişdirilən meyvə və tərəvəzin görünüşü və becərilməsi üçün istifadə edilən pestisidlər və konservantlar baş ağrısı, ürəkbulanma, astma, xərçəng və Parkinson xəstəliyinə səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu